...

CAR-da 14 şir milli parkdan qaçıb

Maraqlı Materials 7 İyun 2019 17:04 (UTC +04:00)
Cənubi Afrika Respublikasının şərqində 14 şir milli parkdan qaçıb
CAR-da 14 şir milli parkdan qaçıb

Bakı. Trend:

Cənubi Afrika Respublikasının şərqində 14 şir milli parkdan qaçıb.

Trend-in məlumatına görə, Limpopo əyalətinin rəhbərliyi yaxınlıqdakı qəsəbələrin sakinlərinə ehtiyatlı olmağı tövsiyə edib.

Şirlər Krüger milli parkından qaçıb. Hazırda reyncerlər heyvanların axtarışını aparır.

Qərara əsasən, şirlər tapılıb parka qaytarılmalıdır, lakin zərurət yaranacağı təqdirdə onların öldürülməsi istisna edilmir.

Qeyd edək ki, bir neçə gün əvvəl həmin milli parkda bəbir 3 yaşlı uşağı parçalamışdı. Parkın əməkdaşları bəbiri öldürmək məcburiyyətində qalmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti