...

Alimlər qaraciyər xərçənginin qarşısını almağın yolunu tapıb

Maraqlı Materials 17 Aprel 2025 14:53 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın “Centenary” institutundan olan tədqiqatçılar müəyyən ediblər ki, qaraciyərin hüceyrələrində DPP9 zülalının “deaktivləşdirilməsi” xərçəngli şişin erkən inkişaf mərhələsinin qarşısını ala bilər.

Trend xəbər verir ki, elmi araşdırmanın nəticələri “Biochimica et Biophysica Acta” (BBA) nəşrində dərc olunub.

Avstraliyada hər il orta hesabla üç mindən çox insana qaraciyər xərçəngi diaqnozu qoyulur. Qaraciyər xərçəngi, eyni zamanda, xərçəngdən ölüm hallarının 7.8 faizini təşkil edir.

Bu xəstəliklə yeni mübarizə metodu yaratmaq məqsədilə alimlər əsas diqqəti gənc sınaq siçanlarının orqanizmində olan DPP9 zülalına yönəldib. Məməlilərdə bu zülal iltihab prosesləri, metabolizm və hüceyrələrin həyatda qalmasında iştirak edir.

Eksperimentin gedişində alimlər qaraciyər xərçəngi olan gəmiricilərin bir qrupunda DPP9 zülalının fəaliyyətini məhdudlaşdırıblar, daha sonra isə nəticələri nəzarət qrupunun göstəriciləri ilə müqayisə ediblər. Nəticədə məlum olub ki, genin deaktivasiyası qanda şəkər səviyyəsini və piylənmə riski ilə yanaşı, qaraciyərdə şişli ocaqların meydana gəlməsi gəlməsi ehtimalını azaldıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti