...

Rəsmi Bakı ümid edir ki, Ermənistanın siyasəti beynəlxalq hüquq çərçivəsində olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2007 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Ermənistan prezidentinin kim olacağı əhəmiyyətli deyil. Əsas odur ki, onun siyasəti beynəlxalq hüquqa əsaslansın. Bunu Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bazar ertəsi keçirilən brifinqdə bəyan edib.

"Biz ümid edirik ki, hazırkı və gələcək hökumət beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərəcək",-deyə İbrahim bildirib.

Mətbuat katibinin sözlərinə görə, yaxın günlərdə həmsədrlərin səfərinin nəticələri məlum olacaq.

Xəbər lenti

Xəbər lenti