...

Azərbaycanın Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2007 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 5-də saat 21.45-dən noyabrın 6-sı saat 05.30-dək fasilələrlə Ağdam rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 00.30-dan 00.45-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bu barədə çərşənbə axşamı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti