Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / İran Ermənistan və Azərbaycanla əlaqələri vasitəsilə Dağlıq Qarabağ probleminin həllinə təsir göstərməyə çalışacaq. Bu barədə cümə günü Azərbaycana səfərərin nəticələrinə həsr olunmuş mətbuat konfrasında, İran parlamentinin sədri Qulaməli Xəddam Adel məlumat verib. "Biz regionda stabilliyi təmin etmək üçün hər iki ölkə ilə normal münasibətlər yaratmağa çalışırıq"- Adel bildirib. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə, Ermənistanın Azərbayncana qarşı ərazi iddiaları nəticəsində yaranıb.Dağlıq Qarabağ və 7 yaxın rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilib. Tərəflər 1994 - cü ilin mayında atəşkəsə nail olublar və indiyə qədər Rusiya, Fransa, ABŞ - ın həmsədrliyi ilə ATƏT - in Minsk qrupunun himyəsi ilə uğursuz sülh danışıqları aparılır. "İran Azərbaycanın ərazi bütövlüyün həmişə tanıyıb"- Adel deyib. Onun sözlərinə görə, İranın Ermənistanla münasibətləri Azərbaycana qarşı yönəlməyib.