...

Xocalı soyqrımını ilə bağlı Berlində nümayiş keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Noyabr 2007 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Xocalı soyqırımı ilə bağlı xarici dövlətlərdə etiraz aksiyaları keçiriləcək. "Xocalı soyqırımını törədənlərə etiraz olaraq, Berlində nümayiş və Beynəlxalq konfrans keçiriləcək"- çərşənbə axşamı Trend ə telefonla Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov bildirib.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahli Qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının balavasitə iştirakı ilə, Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçiriblər. Xocalı işğalı zamanı bir gecədə 613 dinc əhali, o cümlədən, 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə, xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, adamların başı kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnıı süngü ilə deşik-deşik edilib.Zeynalov deyib ki, Xocalı soyqrımı ilə bağlı Berlində keçiriləcək Beynəlxalq konfransda 20-dən artıq dövlətin nümayəndələri iştirak edəcək. Toplantıda dünya parlamentlərinə Xocalı faciəsinin soyqrım kimi tanınması üçün müraciət qəbul olunacaq. Onun sözlərinə görə, mitinq isə Berlinin mərkəzi küçələrinin birində keçiriləcək. Tədbirlər İqdır Bələdiyyəsi ilə Azərbaycanın Qarsdakı Baş Konsulluğu təşkil edəcək. Təşkilatı işlərin aparılması üçün İqdır Bələdiyyəsinin nümayəndələri Berlinə ezam olunublar.

Xəbər lenti

Xəbər lenti