...

Estoniya Parlamentinin vitse-spikeri Dağlıq Qarabağ məsələsinin sülh yolu həllinə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2007 14:56 (UTC +04:00)

Estoniya Parlamentinin vitse-spikeri Kristiyna Oyuland 90-cı illərdən Azərbaycan və Ermənistan arasında yaşanan Dağlıq Darabağ üzrə qarşıdurmanın sülh və konstruktiv yolla həll olunacağına ümid etdiyini ifadə edib. Tallində Oyuland ilə Ermənistanın xarici işlər naziri Vardan Oskanyan arasında görüş baş tutub.

Oyulandın rəyinə görə, stabilliyin və regionun inkişaf perspektivlərinin təmin olunması üçün bu məsələni həll etmək lazımdır.

Vitse-spikerin sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan münaqişədən çıxış yolunu tapmaq üçün daha intensiv səylər göstərməlidirlər.

Xəbər lenti

Xəbər lenti