...

NATO Parlament Assambleyası Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində atəşkəs rejiminin pozulmasını pisləyir (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2008 11:48 (UTC +04:00)
NATO Parlament Assambleyası Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində atəşkəs rejiminin pozulmasını pisləyir (video)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir K.Ramazanova/ NATO Parlament Assambleyası Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində atəşkəs rejiminin pozulmasını pisləyir.

"Bu mənfi haldır və biz buna çox təəssüf edirik" - deyə çərşənbə günü NATO PA-nın prezidenti Joze Lelo Bakıda bildirib.

Martın 4-ü səhər tezdən Azərbaycanın işğal olunmuş ərazilərində, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində cəbhənin bir neçə istiqamətində atışma olub.

Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, atışma zamanı Ermənistan tərəfindən 12 əsgər öldürülüb, 15 nəfər isə ağır yaralanıb. Azərbaycan tərəfindən isə dörd əsgər həlak olub və bir hərbi qulluqçu yaralanıb.

Onun sözlərinə görə, NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir.

"Mən ümid edirəm ki, beynəlxalq ictimaiyyət regionda stabitliyin yaradılmasına yardım edəcək" - deyə o vurğulayıb.

NATO PA-nın prezidenti Bakıda işgüzar səfərdədir. Lelonun Milli Məclisin sədri Oqtay Əsədov, NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və spikerin birinci müavini Ziyafət Əsgərov, Parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvləri, Parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir.

Görüşlərdə Azərbaycan ilə NATO PA arasında əməkdaşlığın genişləndirilməsi və seminara hazırlıq məsələləri müzakirə olunacaq. Seminarda Xəzər regionu, Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, hərbi, siyasi vəziyyət, enerji təhlükəsizliyi, Qərb və Mərkəzi Asiya ölkələri arasında münasibətlərə dair məsələlər müzakirə olunacaq. Seminarda beynəlxalq təşkilatlar və NATO ilə əməkdaşlıq edən 25-dən çox ölkənin nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti