...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2008 10:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 5-də saat 19.10\-dan martın 6-ı saat 06.25-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Alxanlı, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 20.40-dan 21.30-dək fasilələrlə Tərtər rayonunun Seysulan və Qızıl Oba kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, martın 6-da saat 00.10-dan 02.55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 02.05-dən 02.50-dək Ağdam rayonunun Şurabad kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti