...

Rəsmi Bakı ermənilərin Azərbaycan və Türkiyə bayraqlarını yandırmasını vəhşilik adlandırıb (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2008 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel/ Trend müxbir K.Ramazanova/ Rəsmi Bakı ermənilərin Azərbaycan və Türkiyə bayraqlarını yandırmasını vəhşilik adlandırıb.

"Ermənistanın bu hərəkətləri bütün dünyaya onların əsl üzünü göstərir", - şənbə günü Bakıda, Azərbaycanın xarici işlər naziri müavini Araz Əzimov jurnalistlərə bildirib.

Əzimov qeyd edib ki, Azərbaycan qanunlara riayət edir və analoji tədbirlər görmək niyyətində deyil. "Biz keçmişdə də belə hərəkətlərin şahidi olmuşuq", - Əzimov qeyd edib.

Aprelin 25-də İrəvanda, dırnaqarası erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Türkiyə və Azərbaycanın bayraqları yandırılıb.

Ermənistan Anakaranı Osmanlı imperiyası zamanında 1915-1917-ci illərdə milyon yarım erməninin soyqırımında ittiham edir. Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər yoxdur, Ermənistan-Türkiyə sərhədi isə rəsmi Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlanıb.

Türkiyə hökuməti uydurulmuş "erməni soyqırımı" barədə bəyanatları rədd edir və rəsmi olaraq bildirir ki, Osmanlı imperiyasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə ermənilərin köçürülməsini "soyqırım"adlandırmaq olmaz. Türkiyənin Baş naziri Rəcəb Tayip Ərdoğan, Ermənistana rəsmi müraciətlərində hər iki ölkənin arxivlərini öyrənməyi, 1915-ci il hadisələrini öyrənmək üçün birgə tarixi qruplar yaratmağı təklif edib. Erməni tərəfi indiyədək bu müraciətə cavab verməyib.

Xəbər lenti

Xəbər lenti