...

AŞPA prezidenti Ermənistanı Azərbaycan ərazilərini boşaltmağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2008 17:03 (UTC +04:00)
AŞPA prezidenti Ermənistanı Azərbaycan ərazilərini boşaltmağa çağırır

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanı, heç bir şərt irəli sürmədən və təcili olaraq, işğal etdiyi Azərbaycan ərazilərini boşaltmağa çağırır. "Ermənistan Dağlıq Qarabağı işğal edib. Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan sərhədlərinin toxunulmazılığını tanıyır", - deyə Azərbaycanda səfərdə olan AŞPA prezidenti Luis Maria de Puç çərşənbə axşamı parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçiləri ilə görüşündə bildirib.

Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Puç bildirib ki, AŞPA-nın yay sessiyasında qəbul olunan Qətnamədə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərinin toxunulmazlığı dəstəklənib.

AŞPA prezidenti qeyd edib ki, bir həftədən sonra Ermənistana səfər edcək: "Mən orada da Ermənistanın Azərbaycan ərazilərinin boşaltmasının vacibliyini deyəcəyəm".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti