...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2008 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul/ Trend , müxbir C.Babayeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 23-də saat 23.05-dən 23.20-dək və 23.25-dən 23.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 24-də saat 23.55-dən saat 00.10-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.30-dan 21.40-dək Ağdam rayonunun Əhmədağalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti