...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2008 10:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 12-də saat 14.00-dan 14.13-dək və 20.35-dən 20.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 13-də saat 02.05-dən 02.35-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti