...

Ermənilər Los-Ancelesdə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbirin keçirilməsinə mane olmaq istəyiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2009 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral / Trend E.Rüstəmov/

Ermənilər Los-Ancelesdə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbirin keçirilməsinə mane olmaq istəyiblər.

Təxminən 50-60 erməni, əsasən də Kaliforniya Universitetinin tələbələri çərşənbə axşamı Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş tədbirin keçirildiyi Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binası qarşısında etiraz aksiyası keçiriblər", - Trend -a çərşənbə axşamı telefonla, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun konsulu Elman Abdullayev məlumat verib.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

"Ermənilərin aksiyası təxminən üç saat sürüb. Nümayişin keçirildiyi yerdə yerli hüquq-mühafizə orqanları patrul xidməti həyata keçiriblər", - Abdullayev bildirib.

Konsulun sözlərinə görə, mitinq edən ermənilər yoldan keçən insanlara Xocalı faciəsi ilə bağlı yalan məlumat verərək, həqiqətəuyğun olmayan müxtəlif şüarlar səsləndiriblər.

"Belə aksiyalar əsasən müxtəlif erməni təşkilatları və erməni diasporu tərəfindən dəstəklənir", - Abdullayev əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti