...

Referendumda göstərilən dəstək ölkədə aparılan demokratik islahatların davam etdirilməsinə imkan yaradacaq – Azərbaycan Prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Mart 2009 12:14 (UTC +04:00)
Referendumda göstərilən dəstək ölkədə aparılan demokratik islahatların davam etdirilməsinə imkan yaradacaq – Azərbaycan Prezidenti

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir S.Əliyev /

  Azərbaycan Prezidenti referendumda göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib. Bu barədə cümə günü Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibəti ilə ictimaiyyət qarşısında çıxışı zamanı bildirib.

  "Referendumda göstərilən dəstək ölkədə aparılan demokratik islahatların davam etdirilməsinə imkan yaradacaq", - deyə dövlət başçısı qeyd edib.

  Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

Ümumxalq səsverməsinə bir neçə məsələ çıxarılıb. Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin "müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını" nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Bura, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəalar daxildir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan İlham Əliyev bildirib ki, Azərbaycan ədalət və beynəlxalq hüquq təcrübəsi çərçivəsində Dağlıq Qarabağ məsələsinin həlli üçün bütün vasitələrdən istifadə edir.

  "Biz bu məsələni sülh yolu ilə həll etməyə çalışırıq, lakin ədalət və beynəlxalq hüquq çərçivəsində", - deyə dövlət başçısı vurğulayıb.

  İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz, sülh danışıqları aparılır.

  "Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Azərbaycan bu məsələnin həlli üçün həm diplomatik, həm də iqtisadi addımlar atır", - deyə İlham Əliyev bildirib.

  Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti