...

Azərbaycan tərəfə keçən üç erməni hərbçisinin işi ilə Xarici İşlər Nazirliyi məşğul olur – müdafiə naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Mart 2009 14:03 (UTC +04:00)
Azərbaycan tərəfə keçən üç erməni hərbçisinin işi ilə Xarici İşlər Nazirliyi məşğul olur – müdafiə naziri

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir N.Abdullayeva /

Azərbaycan tərəfə keçən və vətənlərinə qayıtmaqdan imtina edən üç erməni hərbçisinin işi ilə Xarici İşlər Nazirliyi məşğul olur. Bu barədə cümə günü jurnalistlərə Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bildirib.

"Biz XİN-ə məktubla müraciət etmişik və indi nazirlik bu məsələ ilə məşğul olur", - deyə Əbiyev bildirib.

Fevralın 28-də gecə saat 1-2 radələrində erməni hərbçiləri Ağdamın Evcidüzü adlanan ərazisində məskunlaşmış, Xocalıdan olan məcburi köçkün Zümrüd Əliyevanın evinə yaxınlaşıblar.
Azərbaycanın Ağdam rayonunda qoşunların təmas xəttində təhlükəsizlik zonasını keçən üç erməni hərbçisi bunu könüllü edib. "Fərari"lərin adları Qrant Markosyan, Artur Vartevyan və Alik Tevosyandır.

Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti