...

Ermənistan Prezidenti Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin sürətləndirməyin vaxtı çatdığını bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2009 16:24 (UTC +04:00)

Ermənistan Prezidenti Serj Sarkisyan hesab edir ki, Dağlıq Qarabağla bağlı danışıqlar prosesini sürətləndirməyin vaxtı çatıb. Bu barədə Ermənistan Prezidenti Rusiyanın "Russia Today" telekanalına müsahibə verdiyi zaman deyib.

"Məlum olduğu kimi Dağlıq Qarabağ problemi ilə ATƏT-in Minsk qrupu və onun həmsədrləri - ABŞ, Rusiya və Fransa məşğul olur. Prezident postuna yiyələndikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə üç görüş keçirmişəm. Düşünürəm ki, bu gorüşlər bir-birimizi başa düşməkdə və mövqelərimizi dəqiqləşdirməkdə kifayət edər", - Sarkisyan deyib. Novosti-Armeniya yazır.

Onun sözlərinə görə, əsas problem Qarabağ xalqının öz müqəddəratını həll etmək hüququ ilə bağlıdır və bu məsələ həllini taparsa qalan problemlər də tez bir vaxtda həll olacaq.

"Mən şadam ki, son vaxtlar Azərbaycan rəhbərliyi problemin bütün beynəlxalq normalar əsasında həlli barədə danışır. Yaxınlarda Azərbaycan Prezidenti Rusiya Prezidenti və KİV ilə görüş zamanı "problem beynəlxalq hüquq normalarına uyğun olaraq həllini tapmalıdır deyib", - Erpmənistan Prezidenti qeyd edib.

"Bildiyimiz kimi, ATƏT-in xarici işlər nazirlərinin Helsinkidə keçirilən sonuncu sammitində problemin həllini şərtləndirən üç prinsip qəbul edildi: ərazi bütövlüyü, xalqın müqəddəratını təyinetmə hüququ və gücün tətbiq edilməməsi. Hazırda danışıqların əsası olan bu prinsiplər Minsk qrupu həmsədrləri tərəfindən bizə təqdim edilib", - Sarkisyan deyib.

Bununla əlaqədar Prezident qeyd edib ki, tərəflər xeyli irəliləyiblər və hazırkı vəziyyəti kökündən dəyişməkdən ötrü fürsət var.

Xəbər lenti

Xəbər lenti