...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2009 10:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə iyunun 11-də saat 23:35-dən 23.50-dək Cəbrayıl rayonunun Mehdili və Cocuqmərcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, iyunun 12-də saat 02.10-dan 02.40-dək, 04.45-dən 04.50-dək Ağdam rayonunun Şurabad və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti