...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2009 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 23-də saat 17.50-dən 17.53-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndi ərazisində yerləşən mövqelərimizi, saat 17.00-dan 17.30-dək və 18.45-dən 19.00-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 24-də saat 00.43-dən 00.48-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 06.00-dan 06.30-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti