Azərbaycan, Bakı, 20 iyul / Trend , muxbir K.Zərbalıyeva /
Azərbaycanın qərbində yerləşən Qazax rayonunda mina partlayışı baş verib.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, iyulun 18-də gecə saat 01.45 radələrində rayonun Quşçu Ayrım kənd sakini 25 yaşlı Sayad Mustafayev kəndin Ermənistanla sərhəd hissəsində mal-qara axtararkən piyada əleyhinə minaya düşüb.
Partlayış nəticəsində Mustafayev sol ayağını dizdən aşağı itirib.
Azərbaycanda bu ilin iyununda 2520,274 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Həmin ərazilərdən 11077 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. İndiyədək cəmi 105400,337 kvm ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 457,610-dur.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa və Samux rayonlarında aparılır.
Ötən ay 4 mina/PHS hadisəsi qeydə alınıb və nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
M?qal? mu?llifi il? ?laq? unvan?: [email protected]