...

Bu il ərzində ATƏT-in Minsk qrupunun iki həmsədri dəyişdiriləcək – Merzlyakov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2009 17:42 (UTC +04:00)
Bu il ərzində ATƏT-in Minsk qrupunun rusiyalı və amerikalı həmsədrləri dəyişdiriləcək. Bu barədə Trend News-a rusiyalı həmsədr Yuri Mezlyakov deyib.
Bu il ərzində ATƏT-in Minsk qrupunun iki həmsədri dəyişdiriləcək – Merzlyakov

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir E.Tariverdiyeva /

Bu il ərzində ATƏT-in Minsk qrupunun rusiyalı və amerikalı həmsədrləri dəyişdiriləcək. Bu barədə Trend -a rusiyalı həmsədr Yuri Mezlyakov deyib.

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza həmsədr kimi regiona son səfərini edəcək", - Merzlyakov telefonla Moskvadan bildirib.

Onun sözlərinə görə, o özü də bu il həmsədr postunu tərk edəcək.

"Ümid edirəm ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri kimi yeddi il icra etdiyim bu vəzifədən getməyimə icazə verəcəklər, - Merzlyakov deyib. - Düşünürəm ki, bu, bu il baş verəcək".

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə məsləhətçisi Metyu Brayza Amerika tərəfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupuna 2006-cı ilin iyununda həmsədri təyin olunub. O, bu vəzifədə Stiven Mannı əvəzləyib.

İyunun əvvəlində "Foreign Policy" jurnalı məlumat vermişdi ki, ABŞ Konqresində Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyi barədə qeyri-rəsmi məsləhətləşmələr aparılır.

"Səfir təyin edilməyimlə bağlı məlumatım yoxdur", - Brayza iyulda Moskvada, Serj Sarksyanla İlham Əliyevin görüşü başlayana qədər jurnalistlərə bildirmişdi.

Brayza əlavə etmişdi ki, əgər belə bir təyinat olarsa, o, Cənubi Qafqaz ölkələrinin birində işləmək istərdi.

Yuri Merzlyakov 2003-cü ilin sentyabrından ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərir. O, bu vəzifədə səfir Nikolay Qribkovu əvəzləyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti