...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2009 10:26 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozublar

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir K.Zərbəliyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 22-də saat 19:30-dan 19:40-dək Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti