...

Azərbaycan politoloqları Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş proqnozlaşdırırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Sentyabr 2009 15:34 (UTC +04:00)
“İnanıram ki, Dağlıq Qarabağ münaqişəsi üzrə Ankaranın mövqeyi ardıcıldır və belə də qalacaq və mən elə bir vəziyyət təsəvvür etmirəm ki, Türkiyə və Ermənistan münasibətləri normallaşan zaman Qarabağ məsələsi asılı vəziyyətdə qalsın. Regiondakı vəziyyətdən çıxış edərək belə düşünürəm ki, münaqişənin həllində hansısa irəliləyiş hazırlanır”, - müstəqil politoloq Rasim Ağayev çərşənbə günü “Qarabağ münaqişəsinin nizamlanması və Ermənistan-Türkiyə münasibətləri. Paralel proseslər və ya...” mövzusunda “dəyrimi masa”da deyib.
Azərbaycan politoloqları Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş proqnozlaşdırırlar

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir E.Tarıverdiyeva /

Azərbaycan politoloqları Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş proqnozlaşdırırlar.

"İnanıram ki, Dağlıq Qarabağ münaqişəsi üzrə Ankaranın mövqeyi ardıcıldır və belə də qalacaq və mən elə bir vəziyyət təsəvvür etmirəm ki, Türkiyə və Ermənistan münasibətləri normallaşan zaman Qarabağ məsələsi asılı vəziyyətdə qalsın. Regiondakı vəziyyətdən çıxış edərək belə düşünürəm ki, münaqişənin həllində hansısa irəliləyiş hazırlanır", - müstəqil politoloq Rasim Ağayev çərşənbə günü "Qarabağ münaqişəsinin nizamlanması və Ermənistan-Türkiyə münasibətləri. Paralel proseslər və ya..." mövzusunda "dəyrimi masa"da deyib.

Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə danışıqlarda "diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli əlaqələrin inkişafı haqqında Protokul"un imzalanmasına aid olan "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılığa nail olublar, Türkiyə XİN məlumat verib.

"Siyasi məsləhətləşmələr altı həftə ərzində yekunlaşacaq, bunun ardınca hər iki ölkənin parlamentinin təsdiqinə veriləcək iki protokol imzalanacaq", - Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Türkiyə ilə Ermənista arasında diplomatik əlaqələr yoxdur, onlar arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Politoloqun sözlərinə görə, Cənubi Qafqazda hər dövlətin öz imkanları var. "Ermənistanın mövqeyi dünyada güclü erməni lobbisi hesabına kifayət qədər möhkəmdir. Lakin Azərbaycan starteji meydana və enerji resurslarına malikdir. Ermənistanda hazırda sərhədlərin açılmasından sonra vəziyyətin yaxşılaşacağına ciddi ümid edirlər və hər şey tənzimlənməyə doğru gedir. Lakin Türkiyə, şübhəsiz, müxtəlif olan maraqlarından çıxış etməlidir. İnanıram ki, Dağlıq Qarabağ üzrə Ankaranın mövqeyi ardıcıldır və belə də qalacaq", - politoloq deyib.

"Ermənilərin Dağlıq Qarabağın müstəqilliyinin yarı tanınmasına nail olmağa çalışmaları tam tanınmaya doğru ilk addım olacaq", - müstəqil politoloq Zərdüşt Əlizadə hesab edir.

"Düşünürəm ki, protokollarda nə yazılsa da, əslində bunun arxasında məhz Dağlıq Qarabağ münaqişəsi üzrə irəliləyişlər gizlənir. Əgər bu, açıq bəyanat şəklində olsaydı, Ermənistanda daha güclü siyasi qüvvələrin arzu etmədiyi hakimiyyət dəyişikliyi ola bilərdi. Fikrimcə, yaxın aylarda çərçivə müqaviləsinin imzalnmasını gözləməyə dəyər", - politoloq hesab edir.

Xəbər lenti

Xəbər lenti