...

Avstraliyanın Xarici İşlər və Ticarət Departamenti Azərbaycanın BMT-dəki Nümayəndəliyinə nota verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2009 10:39 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən cümə günü Trend News-a bildiriblər ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən daxil olmuş məlumata əsasən, BMT Baş Assambleyasının 62-ci sessiyası zamanı 14 mart 2008-ci il tarixində qəbul olunmuş “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı 62/243 saylı qətnamənin icrası üzrə BMT baş katibinin hesabatı ilə bağlı Avstraliyanın Xarici İşlər və Ticarət Departamentinin notası nümayəndəliyə daxil olub.
Avstraliyanın Xarici İşlər və Ticarət Departamenti Azərbaycanın BMT-dəki Nümayəndəliyinə nota verib

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir C.Babayeva /

Avstraliyanın Xarici İşlər və Ticarət Departamenti Azərbaycanın BMT-dəki Nümayəndəliyinə nota verib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən cümə günü Trend -a bildiriblər ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən daxil olmuş məlumata əsasən, BMT Baş Assambleyasının 62-ci sessiyası zamanı 14 mart 2008-ci il tarixində qəbul olunmuş "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı 62/243 saylı qətnamənin icrası üzrə BMT baş katibinin hesabatı ilə bağlı Avstraliyanın Xarici İşlər və Ticarət Departamentinin notası nümayəndəliyə daxil olub.

Notada Avstraliya Hökumətinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyinin dəyişməz qalması, onun Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaması və münaqişənin Azərbaycan və Ermənistan üçün məqbul olan sülh və davamlı həllinə yönəlmiş ATƏT-in vasitəçilik səylərini dəstəkləməsi bildirilib. Həmçinin notada Avstraliya Hökumətinin məsələyə hazırki sülh prosesi xətti ilə ATƏT çərçivəsində baxılmasına üstünlük verməsi vurğulanıb.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti