...

Yerevanda danışıqlar konstruktiv keçib - ATƏT MQ-nin fransalı həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2009 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr / Trend , müxbir E.Tariverdiyeva/

Bu gün Bakıya gələn ATƏT-in Minsk Qrupunun həmsədrləri hesab edirlər ki, Yerevanda danışıqlar konstruktiv keçib.   

"Yerevanda danışıqlar konstruktiv keçib. Sabah biz Azərbaycan Prezidenti ilə görüşəcəyik və onunla danışıqların gələcək istiqamətlərini müzakirə edəcəyik", - ATƏT MQ-nin fransalı həmsədri Bernar Fasye hava limanında jurnalistlərə bildirib.   

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti