...

Azərbaycan ilk növbədə Dağlıq Qarabağ münaqişəsini həll etməlidir - ABŞ-ın ilk səfiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2009 12:05 (UTC +04:00)

ABŞ, Vaşinqton, 09 oktyabr / Trend , N.Boqdanova/

Regionda təhlükəzilik məsələlərini nəzərə alaraq Azərbaycan ilk növbədə Dağlıq Qarabağ münaqişəsini həll etməlidir, ABŞ-ın Azərbaycanda ilk səfiri Robert Finn belə hesab edir.

"Düşünürəm ki, Azərbaycan irəliləyir və ölkə ilk növbədə Dağlıq Qarabağ münaqişəsini həll etməlidir", - Trend -a Finn bildirib.

Onun sözlərinə əsasən, əsas vəzifələrdən biri bir milyon qaçqının öz torpaqlarına qaytarılmasıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti