...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2009 10:57 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ 

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 11-də saat 09.25-dən 09.40-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndindəki mövqelərimizi, saat 17.20-dən 17.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.05-dən 18.15-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.30-dan 18.35-dək, 22.55-dən 23.35-dək, 23.40-dan 00.15-dək və oktyabrın 12-də saat 00.10-dan 00.20-dək, 04.10-dan 05.15-dək, 05.40-dan 06.30-dək, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Alxanlı, Aşagıseyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, 02.05-dən 02.10-dək Cəbrayıl rayonunun Cocucqmərcanlı, Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 03.10-dan 03.30-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti