...

Azərbaycanın sol partiyası Türkiyə-Ermənistan protokollarını Parlamentdə müzakirə etməyi təklif edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2009 14:28 (UTC +04:00)
Azərbaycanın Xalq Sosialist Partiyası (XSP) Milli Məclisə Türkiyə və Ermənistan arasında münasibətlərin bərpasına dair imzalanan protokollar ilə əlaqədar müzakirələrin aparılması barədə təklif verib.
Azərbaycanın sol partiyası Türkiyə-Ermənistan protokollarını Parlamentdə müzakirə etməyi təklif edir

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir M.Əliyev/ 

Azərbaycanın Xalq Sosialist Partiyası (XSP) Milli Məclisə Türkiyə və Ermənistan arasında münasibətlərin bərpasına dair imzalanan protokollar ilə əlaqədar müzakirələrin aparılması barədə təklif verib.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyə xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu Ankara-Yerevan protokollarını imzalayıblar.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycanın Xalq Sosialist Partiyası Türkiyənin qanunvericilik orqanında protokolların təsdiqlənməsinə kimi ölkə parlamentində müzakirələr keçirməyi təklif edir, bu barədə jurnalistlərə XSP-nın sədri Rövşən Hüseynov bildirib.

Partiya Azərbaycanın Türkiyədəki səfirini müvəqqəti geri çağırmağı və Ankaranın beynəlxalq layihələrdə iştirakını yenidən nəzərdən keçirməyi də təklif edir.

Hüseynovun fikrincə, protokolların imzalanması nə Azərbaycan, nə də Rusiya kimi müttəfiqini itirən Emənistanın xeyrinə olmadı. "Təkcə Türkiyə qazandı", - o belə hesab edir. 

Xəbər lenti

Xəbər lenti