...

Türkiyənin Baş naziri Qarabağ məsələsi barədə bəyanatını şərəf işi hesab edir - Milli Məclisin millət vəkili

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2009 12:10 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ məsələsinin həllində irəliləyiş olmadan protokolların təsdiqlənməsinə yol verilməməsi barədə bəyanatını şərəf işi hesab edir və öz bəyanatına görə cavab verməyə hazırdır, bu barədə çərşənbə axşamı "Yeni Azərbaycan" hakim partiyasının rəsmi saytına Milli Məclisin millət vəkili Mübariz Qurbanlı bildirib.
Türkiyənin Baş naziri Qarabağ məsələsi barədə bəyanatını şərəf işi hesab edir - Milli Məclisin millət vəkili

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir M.Əliyev/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ məsələsinin həllində irəliləyiş olmadan protokolların təsdiqlənməsinə yol verilməməsi barədə bəyanatını şərəf işi hesab edir və öz bəyanatına görə cavab verməyə hazırdır, bu barədə çərşənbə axşamı "Yeni Azərbaycan" hakim partiyasının rəsmi saytına Milli Məclisin millət vəkili Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə əsasən, Türkiyənin Baş naziri bu fikri Azərbaycanın millət vəkillərindən ibarət nümayəndə heyəti ilə görüş zamanı bildirib.

"Bizim nümayəndə heyətimiz Xarici məsələlər üzrə komitədə də görüşlər keçirib. Görüşdə Türkiyə tərəfi Azərbaycan ilə həmrəyliyini ifadə edib. Qeyd edilib ki, protokollar sözügedən komitədə aparılan müzakirələrin yekunlarına əsasən parlamentə daxil olmadan geri qaytarıla bilər", - deputat Qurbanlı bildirib.

Milli Məclisin millət vəkilləri Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qənirə Paşayeva, Mübariz Qurbanlı, Qüdrət Həsənquliyev, Əkrəm Abdullayev, Gültəkin Hacıbəyli, Asəf Hacıyev, Rövşən Rzayev və Fəzail Ağamalı ötən həftə Türkiyənin rəsmi şəxsləri ilə Türkiyə-Ermənistan münasibətlərinin yoluna qoyulması məsələsini müzakirə etmək məqsədilə Ankaraya səfər ediblər.

Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti