...

Dağlıq Qarabağ münaqişəsi Avropa üçün ciddi təhdiddir - Azərbaycanın milli təhlükəsizlik naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2009 17:21 (UTC +04:00)
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəinki Cənubi Qafqaz, habelə bütün Avropa üçün də ciddi təhdid doğurur. Münaqişə beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllini tapmalıdır", - Trend News-un məlumatına görə, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Bolqarıstana səfəri zamanı həmkarı Kirço Kirovla görüşündə bildirib. Bu barədə çərşənbə axşamı MTN-in İctimaiyyətlə Əlaqə Mərkəzindən məlumat verilib.
Dağlıq Qarabağ münaqişəsi Avropa üçün ciddi təhdiddir - Azərbaycanın milli təhlükəsizlik naziri

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın milli təhlükəsizlik naziri bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Avropa üçün ciddi təhdiddir.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəinki Cənubi Qafqaz, habelə bütün Avropa üçün də ciddi təhdid doğurur. Münaqişə beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllini tapmalıdır", - Trend -un məlumatına görə, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Bolqarıstana səfəri zamanı həmkarı Kirço Kirovla görüşündə bildirib. Bu barədə çərşənbə axşamı MTN-in İctimaiyyətlə Əlaqə Mərkəzindən məlumat verilib.

Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Bolqarıstan Respublikasının Milli Kəşfiyyat Xidmətinin direktoru general-mayor Kirço Kirovun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.
Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru general-mayor Kirço Kirov milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun bu səfərinin təhlükəsizlik sahəsində Bolqarıstan və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsində böyük önəm daşıdığını vurğulayıb.

Nazir Eldar Mahmudov ölkəmizdə təhlükəsizliyin təmin olunması, o cümlədən enerji və nəqliyyat infrastrukturlarının təhdidlərdən qorunması, beynəlxalq terrorçuluqla, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürləri ilə mübarizə sahəsində görülmüş işlər, eləcə də regionda gedən proseslər barədə danışıb.

Görüşdə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb, qarşılıqlı maraq doğuran məsələlər üzrə informasiya və ekspert mübadiləsinin intensivləşdirilməsinə dair razılıq əldə olunub.

Səfər zamanı Mahmudov Bolqarıstanın vitse-prezidenti Angel Marin və Baş nazirinin müavini, daxili işlər naziri Svetan Svetanov ilə görüşüb. Görüşlərdə Bolqarıstan və Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq səviyyəsinin, həmçinin dostluq və işgüzar münasibətlərin inkişaf etdirilməsinin hər iki ölkənin rəhbərləri tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb, əlaqələrin bütün istiqamətlərdə, ilk növbədə, təhlükəsizlik sahəsində genişləndirilməsi mövzusunda faydalı fikir mübadiləsi aparılıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti