...

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2009 13:01 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 10-da Azərbaycan Respublikasının Füzuli-Horadiz yolunun yaxınlığındakı qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb. Bu barədə Trend News-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ATƏT-in qoşunların təmas xəttində  keçirdiyi monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir K.Zərbəliyeva /

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 10-da Azərbaycan Respublikasının Füzuli-Horadiz yolunun yaxınlığındakı qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb. Bu barədə Trend -a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çontulov keçiriblər.

Azərbayjanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik və onun səhra köməkçiləri İrci Aberle, Piter Ki və Caslan Nurtazin keçiriblər.

Xəbər lenti

Xəbər lenti