...

Vaşinqton Dağlıq Qarabağ münaqişəsində irəliləyiş olmadan Türkiyə Parlamentində protokolların ratifikasiyasına şübhə edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2009 19:39 (UTC +04:00)
Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əldə edilmədən Türkiyə-Ermənistan protokollarının Türkiyə Parlamentində ratifikasiyasına şübhə edir. Bu barədə ABŞ dövlət katibi müavininin köməkçisi Filip Qordon Ankarada keçirilən mətbuat konfransında bildirib.
Vaşinqton Dağlıq Qarabağ münaqişəsində irəliləyiş olmadan Türkiyə Parlamentində protokolların ratifikasiyasına şübhə edir

Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əldə edilmədən Türkiyə-Ermənistan protokollarının Türkiyə Parlamentində ratifikasiyasına şübhə edir. Bu barədə ABŞ dövlət katibi müavininin köməkçisi Filip Qordon Ankarada keçirilən mətbuat konfransında bildirib. Məlumatı Türkiyənin "Milliyət" qəzeti yazır.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu Ankara və Yerevan arasında diplomatik münasibətlərin bərpasına dair protokolları imzalayıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub

Qordonun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş olmadan Türkiyə Parlamentində protokolların ratifikasiyası çətin məsələdir.

Qordon Ankaraya səfəri zamanı Türkiyənin Suriya və İranı dəstəkləməsindən ABŞ-ın narahat olduğunu bildirib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət İran probleminin həllində birgə hərəkət etməlidir. Qordon, həmçinin Rəcəb Tayyib Ərdoğanın Darfurdakı hərbi fəaliyyəti cinayət olaraq qəbul etmədiyindən narazı olduğunu bildirib. Beynəlxalq Cinayət Məhkəməsi isə Sudan Prezidenti Ömər əl-Bəşirin həbsinə dair qərar verib.

Xəbər lenti

Xəbər lenti