...

ATƏT-in qoşunların təmas xəttində apardığı monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Noyabr 2009 13:34 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 25-də Azərbaycan Respublikasının Ağdam rayonunun Yusicanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Vladimir Çontulov keçiriblər.
ATƏT-in qoşunların təmas xəttində  apardığı monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir K.Zərbəliyeva /

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 25-də Azərbaycan Respublikasının Ağdam rayonunun Yusicanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Vladimir Çontulov keçiriblər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin köməkçiləri İmre Palatinus, İrci Aberle və Caslan Nurtazin və keçiriblər.

Xəbər lenti

Xəbər lenti