...

Ermənistan müqavimətini itirmək üzrədir - Türkiyə Milli İstihbarat Təşkilatının keçmiş analitiki

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2009 15:09 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Azərbaycan və Ermənistan arasındakı danışıqlardan asılı olmasını söyləməsi Ermənistanın müqavimətini zəiflədəcək, bunu çərşənbə axşamı Ankaradan telefonla Trend News-a Türkiyə Milli İstihbarat Təşkilatının (Milli Kəşfiyyat Komitəsi) keçmiş analitiki Mahir Kaynak deyib.
Ermənistan müqavimətini itirmək üzrədir - Türkiyə Milli İstihbarat Təşkilatının keçmiş analitiki

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Azərbaycan və Ermənistan arasındakı danışıqlardan asılı olmasını söyləməsi Ermənistanın müqavimətini  zəiflədəcək, bunu çərşənbə axşamı Ankaradan telefonla Trend -a Türkiyə Milli İstihbarat Təşkilatının (Milli Kəşfiyyat Komitəsi) keçmiş analitiki Mahir Kaynak deyib.

Trend -un arayışı : Türkiyənin Baş naziri Ərdoğan dekbarın 7-də ölkənin XİN rəhbəri Ahmet Davudoğlu və bir sıra dövlət rəsmiləri ilə ABŞ-a səfər edib. Səfər zamanı Ərdoğan ABŞ Prezidenti Barak Obama ilə görüşüb. Görüşdə əsas mövzulardan biri də Dağlıq Qarabağ probleminin həlli və Ankara-Yerevan protokollarının gələcəyi olub.

Baş nazir Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Azərbaycan və Ermənistan arasındakı danışıqlardan asılı olduğunu bildirib. Baş nazir onu da qeyd edib ki, Azərbaycanın yeddi rayonunun azad edilməsi Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşmasına kömək edə bilər.

Kaynak hesab edir k , Türkiyə ilə yanaşı ABŞ və Rusiya kimi dövlətlərin Dağlıq Qarabağ probleminin həllində israrlı olması və bunun üçün çalışması, hər iki dövlətin Ermənistana qarşı siyasətində dəyişiklik olduğunu göstərir.

Onun sözlərinə görə, hadisələrin belə gedişi gec-tez Ermənistanın işğal etdiyi bütün Azərbaycan ərazilərindən çəkilməsinə gətirib çıxaracaq.

Türkiyəli ekspert onu da qeyd edib ki , ABŞ-dakı erməni lobbisinin ölkə prezidentinə təzyiq edərək saxta soyqırımı qəbul etdirəcəkləri haqda söylənilənlər əsassızdır.

"ABŞ Yaxın Şərqdə Türkiyə kimi əhəmiyyətli müttəfiqini, hələ də sübut olunmamış saxta "soyqırıma " gərə itirmək istəməz", - Kaynak qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.



Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti