...

ABŞ-dakı Azərbaycan və Türkiyə təşkilatları Xocalının anım həftəsini təşkil edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2010 11:38 (UTC +04:00)
19-26 fevralda Azərbaycan-Amerika Şurası (AAC), Azərbaycanın Amerika İcması (ASA), Türkiyə-Amerika Assosiasiyası Assambleyası (AATA) və Türkiyə Tələbə Assosiasiyası Berkli (TASB) birgə ABŞ-da Xocalının anım həftəsini təşkil edir.
ABŞ-dakı Azərbaycan və Türkiyə təşkilatları Xocalının anım həftəsini təşkil edir

ABŞ, Nyu York, 14 yanvar / Trend , müxbir K.Paşayeva/

19-26 fevralda Azərbaycan-Amerika Şurası (AAC), Azərbaycanın Amerika İcması (ASA), Türkiyə-Amerika Assosiasiyası Assambleyası (AATA) və Türkiyə Tələbə Assosiasiyası Berkli (TASB) birgə ABŞ-da Xocalının anım həftəsini təşkil edir. Həmin həftə ərzində AAC, ASA və ATAA "Pax Turcica"-nın ("Türk dünyası") təşəbbüsü ilə qarşıdan gələn "ABŞ-2010 əhalinin siyahıya alınması" çərçivəsində birgə seminar keçirəcək.

Fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə silahsız və müdafiəsiz Xocalı şəhərinə hücum edib. Ermənistan SQ şəhəri dörd tərəfdən əhatə edərək artilleriya və ağır hərbi texnikalardan atəşə tutub və şəhərdə yanğın baş verib. Əlacsız qalan müdafiəçilər və yerli əhali yanan Xocalını tərk ediblər. Fevralın 26-da səhər saat 05:00 radələrində şəhər ermənilər tərəfindən işğal olunub.

Ermənistan cinayətkarlarının vəhşiliyi nəticəsində Xocalıda 613 nəfər həlak olub, 487 nəfər əlil olub, qocalar, uşaqlar və qadınlardan ibarət 1275 nəfər dinc sakin əsir alınıb. 150 nəfərin aqibəti isə bu günə qədər də məlum deyil.

Həftə çərçivəsində Kaliforniya, Berkli və Kolumbiya universitetlərində müzakirələr aparılması və Nyu Yorkda BMT-nin qərargahı qarşısında nümayiş keçirilməsi planlaşdırılır.

Azərbaycan-Amerika Şurası bütün Azərbaycan, Türkiyə və ABŞ türk təşkilatlarını Xocalının anım həftəsi üçün birləşməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti