...

Xocalı və Çexiyanın Lidiçe şəhəri qardaş şəhərlər olacaq (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2010 12:43 (UTC +04:00)
Azərbaycanın Xocalı şəhəri və Çexiyanın Lidiçe şəhərinin icra hakimiyyətlərinin başçıları şəhərlərin qardaşlığı haqqında protokol imzalayacaqlar. Bu barədə Azərbaycan-Çexiya cəmiyyətinin məlumatında deyilir.
Xocalı və Çexiyanın Lidiçe şəhəri qardaş şəhərlər olacaq (FOTO)

Azərbaycan, Bakı, 22 fevral / Trend /

Azərbaycanın Xocalı şəhəri və Çexiyanın Lidiçe şəhərinin icra hakimiyyətlərinin başçıları şəhərlərin qardaşlığı haqqında protokol imzalayacaqlar. Bu barədə Azərbaycan-Çexiya cəmiyyətinin məlumatında deyilir.

Sənədin imzalanması fevralın 26-da Lidiçe şəhərində Azərbaycan-Çexiya Cəmiyyətinin təşkilatcılığı və Çexiyadakı Səfirliyimizin dəstəyi ilə Xocalı faciəsinin 18-ci ildönümündə planlaşdırılır.

Çexiyanın mədəniyyət naziri Vatslav Riedlbaux, Çexiya Parlamentinin və Senatının, diplomatik korpusunun numayəndələrinin iştirakı ilə keçirilən tədbir zamanı Lidiçe muzeyində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış foto sərginin keçirilməsi, həmcinin Dağlıq Qarabağ münaqişəsi üzrə çexiyalı ekspert Yelena Masnikovanın çıxışı və Xocalı faciəsi barədə sənədli filmin nümayişi planlaşdırılır.

Lidiçe küçələrindən birinə Xocalının adı verilməsi və qardaşlaşma haqqında protokolların imzalanması barədə rəsmi qərar Cəmiyyətin rəhbəri Elşən Nəzərova verilib.

Xocalı faciəsi 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda fəal hərbi işğalçı əməliyyatlar aparması nəticəsində baş verib. Azərbaycanın rəsmi məlumatına əsasən nəticədə 106-sı qadın və 63-ü azyaşlı uşaq olmaqla 613 nəfər ödürülüb, 1275 nəfər dinc sakin girov götürülüb, 478 nəfər şikəst edilərək əlil edilib, 150 nəfərin taleyi indi də məlum deyil.

Çexiyanın Lidiçe şəhəri İkinci Dünya Müharibəsi zamanı alman faşistləri tərəfindən demək olar ki, yerlə-yeksan edilmişdi.

Xocalı və Lidiçe faciələrinin oxşarlığı səbəbindən Lidiçe Xatirə Kompleksində  2007-ci il fevralın 26-da Xocalı qırğını qurbanlarının xatirəsinə həsr olunmuş və 3 ay davam edən silsilə tədbirlər keçirilib.

Xəbər lenti

Xəbər lenti