...

Fransada Xocalı faciəsinə həsr olunmuş anım tədbirləri keçirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2010 11:28 (UTC +04:00)
Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ADTXƏM) və "Azərbaycan Evi" fevralın 24-28-də Paris və Strasburqda Xocalı faciəsinin 18-ci ildönününə həsr olunmuş tədbirlər keçirir. Bu barədə ADTXƏM-in mətbuat xidməti məlumat yayıb.
Fransada Xocalı faciəsinə həsr olunmuş anım tədbirləri keçirilir

Azərbaycan, Bakı, 25 fevral / Trend , R.Dərəhşan/

Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ADTXƏM) və "Azərbaycan Evi" fevralın 24-28-də Paris və Strasburqda Xocalı faciəsinin 18-ci ildönününə həsr olunmuş tədbirlər keçirir. Bu barədə ADTXƏM-in mətbuat xidməti məlumat yayıb.

Tədbirlərdə Azərbaycan nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli Məclisin (parlament) regional məsələlər üzrə komitəsinin sədri Arif Rəhimzadə, deputat Əkrəm Abdullayev, ADTXƏM-in sədri Akif Kərimov və ziyalıların nümayəndəsi Nadir Orucov daxildir.

Çərşənbə günü Azərbaycan nümayəndə heyəti Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransadakı diaspor nümayəndələri ilə görüşüblər. Görüş zamanı Fransadakı diaspor təşkilatları arasında birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 26-da yeddiminlik əhalisi olan Xocalı şəhərində soyqırım aktını həyata keçiriblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalının işğalı zamanı şəhərdə üç minə yaxın adam qalıb. Dörd aydan çox davam edən blokada ilə əlaqədar əhalinin əksəriyyəti şəhəri tərk etməli olub. Soyqırım zamanı Xocalıda 600-dan çox adam öldürülüb, 1000 nəfər aldığı yara nəticəsində əlilə çevrilib. 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib. Faciə gecəsi 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyil.


Xəbər lenti

Xəbər lenti