...

Azərbaycan Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmaq üçün səylərini davam etdirəcək - vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2010 12:08 (UTC +04:00)
Azərbaycan əlini çəkməyəcək və Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün səylərini davam etdirəcək. Bu barədə AzərbaycanParlamentinin vitse-spikeri Ziyafət Əsgərov bu gün jurnalistlərə bildirib.
Azərbaycan Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmaq üçün səylərini davam etdirəcək - vitse-spiker

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycan əlini çəkməyəcək və Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün səylərini davam etdirəcək. Bu barədə AzərbaycanParlamentinin vitse-spikeri Ziyafət Əsgərov bu gün jurnalistlərə bildirib.

"Çox təəssüf ki, dünya ictimaiyyəti ermənilərin 20-ci əsrin sonunda bütün dünyanın gözü önündə törətdiyi soyqırıma reaksiya vermir", - vitse-spiker bildirib.

Əsgərovun sözlərinə əsasən, əgər Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməsə, müharibə qaçılmazdır. "Azərbaycan ordusu müharibəyə yüksək səviyyədə hazırdır", - o əlavə edib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 km.-də yerləşən bu şəhəri işğal ediblər.

Soyqırım zamanı Xocalıda 600-dan çox adam öldürülüb, qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qocadır. 1000 nəfər aldığı yara nəticəsində əlilə çevrilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib. Faciə gecəsi 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti