...

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri yeni təyinat alıb – Rusiya XİN (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2010 14:37 (UTC +04:00)

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuriy Merzlyakov yeni təyinat alıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko cümə günü mətbuat konfransında deyib, məlumatı Vesti telekanalı verib.

"Bizim ATƏT-in Minsk Qrupundakı mövqeyimiz nümayəndəmiz tərəfindən deyil, prezidentimiz tərəfindən müəyyən olunur", - Nesterenko deyib.

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədrinin əvəz edilməsi bu yay baş verəcək, Rusiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli diplomatik nümayəndəsi Trend -a bildirib.

"ATƏT-in Minsk Qrupunun hazırkı rusiyalı həmsədri tezliklə İqor Popov ilə əvəz ediləcək, Yuriy Merzlikov isə Estoniyaya səfir təyin ediləcək. Popovun Minsk Qrupuna həmsədrlik postuna namizədliyi son bir neçə ay ərzində müzakirə olunacaq", - mənbə bildirib.

Lakin bu vaxta qədər İqor Popov özünün ATƏT-in Minsk Qrupuna həmsədr təyin olunması barədə məlumatı təsdiq etməyib.

"Cənab səfir özünün mümkün təyinatı ilə bağlı sizin agentliyin sorğusunu cavablandırıb və bildirib ki, yanlışlıq baş verib. Onun ATƏT-in Minsk Qrupu ilə heç bir əlaqəsi yoxdur və bu məlumatdan təəccüblənib", - Trend -a RF-in Mozambik və Svazilenddəki səfirliyinin katibi Yekaterina Mixaleviç məlumat verib.

Bundan əvvəl Ermənistanın News.am saytı İqor Popovun ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunda yeni rusiyalı həmsədr təyin olunmasının mümkünlüyü haqda məlumat yayıb. NEWS.am bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrə istinadən bildirib.

İqor Popov 2005-ci ilin iyulundan RF-in Mozambik Respublikasında və Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiridir. Nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb, RF XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktor müavini olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti