...

XİN rəhbəri Bernar Fasye ilə onun Yerevanda söylədiyi fikirləri müzakirə edəcək - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2010 13:42 (UTC +04:00)
Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin son bəyanatını şərh edərkən deyib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi və şəxsən qurumun rəhbəri Elmar Məmmədyarov ilk imkan düşən kimi Fasye ilə onun Yerevanda söylədiyi fikirləri müzakirə edəcək. Bundan sonra Azərbaycanın bu məsələyə dair mövqeyi müəyyən ediləcək.
XİN rəhbəri Bernar Fasye ilə onun Yerevanda söylədiyi fikirləri müzakirə edəcək - Azərbaycan XİN

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir E.Tarıverdiyev/

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin son bəyanatını şərh edərkən deyib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi və şəxsən qurumun rəhbəri Elmar Məmmədyarov ilk imkan düşən kimi Fasye ilə onun Yerevanda söylədiyi fikirləri müzakirə edəcək. Bundan sonra Azərbaycanın bu məsələyə dair mövqeyi müəyyən ediləcək.

"İlk imkan olan kimi nazir Məmmədyarov Fasye ilə onun son fikirləri barədə danışacaq", - Poluxov jurnalistlərə deyib.

Cümə günü Yerevanda ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye deyib: "Dağlıq Qarabağ münaqişə zonasında hərbi əməliyyatlar bərpa olunarsa, Azərbaycan qələbə qazana bilməyəcək".

"Müharibə bərpa olunarsa, Azərbaycanın qələbəsi mümkün deyil, çünki mən erməni və Qarabağ döyüşçülərinin igidliyinə şəxsən bələdəm". Bu sözləri isə o, NATO Parlament Assambleyasının "Rouz-Rot" seminarında bildirib. Məlumatı "Novosti-Armeniya" yayıb.

Fasye hesab edir ki, müharibə Azərbaycana fayda gətirməyəcək, çünki onun maliyyə maraqlarına, neft ticarətinə mühüm ziyan vuracaq. Həmsədr açıqlama verib ki, Azərbaycan iqtisadiyyatına vəsait qoyan beynəlxalq investorlar istəməzlər ki, onların vəsaitləri təhlükəyə məruz qalsın və onlar öz investisyalarından imtina edəcəklər.

Xəbər lenti

Xəbər lenti