...

Ermənistan Prezidenti yenilənmiş Madrid prinsiplərinin bir neçə bəndi barədə susur - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Mart 2010 16:33 (UTC +04:00)
Erməni siyasətçilərinin erməni KİV-lərində Azərbaycan tərəfinin mövqeyini və şərhini təhrif etməyə cəhd edən azğın sözçülüyü təəccüb və ümidsizlik doğurur. Bunu Trend News-a Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov deyib.
Ermənistan Prezidenti yenilənmiş Madrid prinsiplərinin bir neçə bəndi barədə susur - Azərbaycan XİN

Azərbaycan, Bakı, 23 mart / Trend , müxbir E.Тariverdiyeva/

Erməni siyasətçilərinin erməni KİV-lərində Azərbaycan tərəfinin mövqeyini və şərhini təhrif etməyə cəhd edən azğın sözçülüyü təəccüb və ümidsizlik doğurur. Bunu Trend -a Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov deyib.

"Ermənistan Prezidenti Serj Sarkisyan güc tətbiq etməmək haqqında müqavilənin imzalanmasına çağırarkən, yenilənmiş Madrid prinsiplərinə daxil edilən birinci hissə, yəni Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə riayət olunması barədə sıxıla-sıxıla susur", - Poluxov deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi yenilənmiş Madrid prinsiplərinin Ermənistan Prezidentinin demədiyi bütün hissələrini səsləndirib.

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli barədə danışmağa ehtiyac qalmır", - Poluxov deyib.

Ermənistan Prezidenti Serj Sarkisyan "Evronews" kanalına verdiyi müsahibədə xüsusilə bildirib ki, dünya ictimaiyyəti onlara üç beynəlxalq hüquq prinsipi əsasında problemi həll etməyi təklif edir: bura öz müqəddəratını təyinetmə, ərazi bütövlüyü və güc tətbiq etməmə hüquqları daxildir. "Mən televiziya vasitəsilə Azərbaycana güc tətbiq etməmək haqqında sazişin imzalanması çağırışı ilə müraciət etmək istəyirəm. Bu, Ermənistanda və Qarabağın özündə etibarın əsasını qoymağa, insanlara Azərbaycanın münaqişənin sülh yolu ilə həlli tərəfdarı olmasını anlamağa kömək edərdi. Sonra isə biz detallar üzərində işləyə bilərik", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti