...

BMT Baş katibinin nümayəndəsi Azərbaycandakı qaçqınların problemlərinə göz yummamağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2010 12:18 (UTC +04:00)
BMT-nin ölkə daxilindəki köçkünlərin hüquqları üzrə baş katibinin nümayəndəsi Valter Kelin Azərbaycana missiyasını başa vurub. Bu barədə BMT-nin rəsmi saytında məlumat verilib.
BMT Baş katibinin nümayəndəsi Azərbaycandakı qaçqınların problemlərinə göz yummamağa çağırıb

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir R.Dərəxşan/

BMT-nin ölkə daxilindəki köçkünlərin hüquqları üzrə baş katibinin nümayəndəsi Valter Kelin Azərbaycana missiyasını başa vurub. Bu barədə BMT-nin rəsmi saytında məlumat verilib.

O, səfərə yekun vuraraq Azərbaycan hakimiyyətinin daxili qaçqınların vəziyyətinin yüngülləşdirilməsi ilə bağlı səylərini qeyd edib, lakin beynəlxalq birliyi bu kateqoriyadan olan şəxslərin artıq 18 ildən çox bu statusda olmalarına göz yummamağa çağırıb.

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması nəticəsində, bir milyondan çox adam məcburi köçkünə çevrilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti