...

Ermənistanın Dağlıq Qarabağ münaqişəsi üzrə görüşlərin kəmiyyətini keyfiyyətə keçirməsi vacibdir – Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyun 2010 17:40 (UTC +04:00)
Istərdik ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə görüşlərin kəmiyyətini keyfiyyətə keçirməyin vacibliyini dərk etsin,bu barədə Trendə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov deyib.
Ermənistanın Dağlıq Qarabağ münaqişəsi üzrə görüşlərin kəmiyyətini keyfiyyətə keçirməsi vacibdir – Azərbaycan XİN

Аzərbaycan, Bakı, 18 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

İstərdik ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə görüşlərin kəmiyyətini keyfiyyətə keçirməyin vacibliyini dərk etsin. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov deyib.

Onun sözlərinə görə, görüşdə intensiv fikir mübadilələri aparılıb. "Biz hesab edirik ki, prezidentlər səviyyəsində, xüsusilə də RF başçısının iştirakı ilə keçirilən istənilən görüş Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yolların tapılmasında vacib rol oynayır", - Poluxov deyib.

XİN rəsmisinin sözlərinə görə, belə görüşlər hər zaman Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı şəkildə həllinə aparan yolların tapılmasına ümid verir. "Azərbaycanın mövqeyi ondan ibarətdir ki, hazırda danışıqlar prosesinin yeni səviyyəsinə qalxmağa imkan verən Ermənistan və Azərbaycan tərəflərindən təqdim olunmuş sənəd var", - Poluxov deyib.

AzərbaycanErmənistan prezidentləri İlham ƏliyevSerj Sarkisyan rusiyalı həmkarları Dmitri Medvedevlə görüşdə Dağlıq Qarabağ probleminin həllinə dair Madrid prinsipləri ilə bağlı dialoqun davamına hazır olduqlarını bildiriblər. Bunu cümə axşamı Rusiya dövlət başçısının mətbuat katibi Natalya Timakova deyib. Məlumatı RİA Novosti yayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin əsas həllinə dair Madrid prinsipləri Azərbaycan və Ermənistana 2007-ci ilin noyabrında İspaniyada Fransa və Rusiyanın xarici işlər nazirləri, ABŞ dövlət katibinin köməkçisi tərəfindən təqdim edilib. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bu ilin yanvarın 15-də Soçidə baş tutan üçtərəfli görüşündə ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistana yenilənmiş Madrid prinsiplərini təqdim edib.

"Qeyd edilib ki, mətndə əsas prinsiplərin həllində mübahisəli olan məsələlərlə bağlı tərəflərin mövqeyi yaxınlaşıb", - Timakova deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri bu sənədin Rusiya, ABŞ, Fransanın ATƏT-in Minsk qrupu səviyyəsində iştirakı ilə yekunlaşması istiqamətində dialoqun davamına hazır olduqlarını təsdiqləyiblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti