...

Türkiyənin Baş naziri Rusiya və ABŞ prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2010 13:15 (UTC +04:00)

Türkiyə hökumətinin rəhbəri Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Dmitri Medvedev və ABŞ Prezidenti Barak Obama ilə Pitsburqda böyük səkkizliyin (G8) sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Bu barədə Türkiyə KİV-ləri məlumat yayıblar.

Ağ Evin rəhbəri ilə 15 dəqiqə davam edən görüşdə Ərdoğan bəyan edib ki, Rusiya, ABŞ və Fransanın həmsədrləri olduğu Minsk qrupunun effektiv rolu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini tezləşdirə bilər. Türkiyənin "Beyaz Gazete" qəzeti yazır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Prezident Obama öz növbəsində qeyd edib ki, o, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin əhəmiyyətini başa düşür. ABŞ rəhbəri onu da əlavə edib ki, Türkiyə İsraillə münasibətlərini əvvəlki müstəviyə qaytarmalıdır və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini davam etdirməlidir. "Hürriyet" qəzeti yazır.

Ərdoğanın sözlərinə görə, 1915-ci il hadisələrinin araşdırılması üzrə birgə komissiyanın yaradılması ilə bağlı təklifdən Yerevanın imtina etməsinə baxmayaraq, Ankara onunla münasibətlərin normallaşdırılmasına getdi. Lakin Dağlıq Qarabağ münaqişəsində irəliləyiş olmadığı halda, Ermənistan-Türkiyə münasibətlərindəki tərəqqidən danışmaq mümkün deyil.

2009-cu ilin oktyabrında Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd DavudoğluEdvard Nalbandyan ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı protokolları imzalayıblar.

"Bəzi ölkələrin Ermənistan-Türkiyə münasibətlərinin və Dağlıq Qarabağ münaqişəsinin normallaşdırılması məsələlərini bir-birindən ayırmalarına baxmayaraq, bu proseslər bir-biri ilə bağlıdır", - Ərdoğan əvvəlcə bildirmişdi.

Pitsburqda keçirilən sammitdə Türkiyənin Baş naziri Dağlıq Qarabağ münaqişəsini RF Prezidenti Dmitri Medvedevlə də müzakirə edib.

Xəbər lenti

Xəbər lenti