...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Avqust 2010 09:53 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 20-də saat 20:20-dən 20:30-dək Ermənistan Respublikasının Noyenberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 20-də saat 20:20-dən 20:30-dək Ermənistan Respublikasının Noyenberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- saat 11:20-dən 11:25-dək Göy göl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 14:15-dən 14:30-dək Goranboy rayonu Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 15:20-dən 16:10-dək və avqustun 21-də saat 00:10-dan 00:40-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 00:00-dan 01:25-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerələşn mövqelərdən Azərbaycan Silahlı Qüvvələrnin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti