...

Dağlıq Qarabağ münaqişəsində 4 500 nəfərdən çox itkin düşmüş şəxsin taleyi hələ də naməlumdur - BQXK

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2010 15:14 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu barədə nümayəndəliyin axtarış üzrə nümayəndəsi Martin Aqure Oquya itkin düşmüş şəxslərin ailələri ilə görüşündə məlumat verib.
Dağlıq Qarabağ münaqişəsində 4 500 nəfərdən çox itkin düşmüş şəxsin taleyi hələ də naməlumdur - BQXK

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində 4 500 nəfərdən çox itkin düşmüş şəxsin taleyi hələ də naməlumdur.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu barədə nümayəndəliyin axtarış üzrə nümayəndəsi Martin Aqure Oquya itkin düşmüş şəxslərin ailələri ilə görüşündə məlumat verib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərin ailələri yerli hakimiyyət orqanlarının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə birgə Bakı, Sumqayıt, Sabirabad, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində 30 avqust - Beynəlxalq itkin düşmüşlər gününü qeyd etmək üçün toplaşıblar.

"Keçən il keçirilən oxşar tədbir zamanı itkin düşmüş şəxslərin ailələri tərəfindən gətirilən şəxsi əşyaların fotoşəkillərinin və bu əşyaların sahibləri haqqında hekayələrin yer aldığı "Ölməzlik Anları" adlı buklet təqdim olunmuşdur. Bu nəşr itkin düşmüş şəxslər haqqında məlumatlılığın artırılması məqsədi daşıyır", - nümayəndə bildirib.

BQXK itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsinə yardım üçün mexanizmin işlənib-hazırlanmasında Azərbaycan hakimiyyət orqanları ilə birgə əməkdaşlıq edir.

BQXK və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında məlumat toplanması sahəsində geniş səylərini davam etdirir. Toplanmış məlumat 2011-ci ilin ortalarında bu məlumatların mərkəzləşdirilmiş qaydada idarə olunması üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil veriləcək. Bundan sonra, BQXK-nın hakimiyyət orqanlarına göstərdiyi yardım, lazım gəldikdə, müvafiq səriştənin bölüşdürülməsinə və itkin düşmüş şəxslərin ailələrinin ehtiyaclarına cavab verilməsinə yönələcək.

Xəbər lenti

Xəbər lenti