...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Sentyabr 2010 10:36 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 13-də bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 13-də bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyi mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, sentyabrın 13-də saat 20:00-dan 20:20-dək, 20:05-dən 20:15-dək Ermənistan Respublikasının Noyenberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
 
Həmin gün saat 20:05-dən 20:15-dək Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi; saat 19:10-dan 19:25-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 16:40-dan 16:50-dək, 20:30-dan 21:20-dək, sentyabrın 14-də saat 03:25-dən 04:00-dək Tərtər rayonunun Çaylı və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 21:35-dən 21:40-dək, 22:25-dən 22:35-dək; sentyabrın 14-də saat 03:10-dan 04:00-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 02:35-dən 02:50-dək Ağdam rayonunun Sarıcalı və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Məqalə müəllifi ilə əlaqə

Xəbər lenti

Xəbər lenti