...

Ermənistan silahlı qüvvələrinin bölmələri altı istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2010 12:53 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri altı istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri altı istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 29-da saat 17:55-dən 18:00-dək Ermənistanın Noyenberyan rayonu Voskevan kəndinin mövqelərindən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi;

saat 18:00-dan 18:10-dək Ermənistanın İcəvan rayonu Berkaber kəndindəki mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;

saat 22:00-dan 22:15-dək Goranboy rayonunun Gülüstan kəndində yaxınlığındakı mövqelərdən;

21:45-dən 22:50-dək Göy göl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

23:50-dən 00:00-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığındakı mövqelərdən; sentyabrın 30-u 01:35-dən 01:45-dək Daşkəsən rayonu ərazisində adsız yüksəkliklərdə yerləşən mövqelərdən

Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti