...

Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2010 21:03 (UTC +04:00)

Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey LavrovEdvard Nalbandyan Moskvada işgüzar görüş keçiriblər. Bu barədə bazar ertəsi RF XİN-in məlumatında deyilir.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aktual məsələlərin müzakirəsi davam etdirilib.

Məlumatı Azərbaycan XİN-in mətbaut katibi Elxan Poluxov da təsdiq edib.

Bü günlərdə NATO-nun Lissabonda keçirilən sammitində də Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü olmuşdu.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti