...

Böyük Britaniya və NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunu dəstəkləyir – səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2011 14:10 (UTC +04:00)
Böyük Britaniya və NATO ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyirlər.
Böyük Britaniya və NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunu dəstəkləyir – səfir

Böyük Britaniya və NATO ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyirlər. Bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfəri Çarlz Lonsdeyl deyib.

"İstərdik ki, bu səylər öz bəhrəsini versin. Biz regionda fəaliyyət göstərən şəxsləri dəstəkləyir və onları Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına öz töhfələrini verməyə çağırırıq", - cümə axşamı səfir jurnalistlərə bildirib. Məlumatı "Novosti-Armeniya" yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti